Ararat Mirzoyan – biz Azərbaycanla atəşkəsi yox, sülhün əldə olunmasını müzakirə edirik, sülh sazişi layihəsi üzərində danışıqlar aparırıq
Biz Azərbaycanla atəşkəsi yox, sülhün əldə olunması prosesini müzakirə edirik, sülh sazişi layihəsi üzərində danışıqlar aparırıq,- bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türk mediasına müsahibəsində bildirib.
Jurnalistin Gürcüstan, Rusiya və Avropanın Ermənistan və Azərbaycanı bir masa arxasına oturtmağa çalışdığı və Ermənistanın konstruktiv müzakirələr üçün hansı meydançanın ən əlverişli olduğunu düşündüyü ünvanladığı sualına Ararat Mirzoyan cavab olaraq, bütün meydançaların əlverişli olduğunu, lakin yeganə problemin qarşı tərəfin sülh sazişini bağlamaq üçün siyasi iradəsinin olmamasını verib.
“Ölkə liderləri səviyyəsində görüşlər keçirilib, xarici işlər nazirləri arasında danışıqlar aparılıb. Biz bir çox məsələlərdə razılığa gələ bildik, lakin əsas, çox mühüm məsələlər var ki, onlar üzrə tərəflərin mövqeləri hələ də bir-birindən uzaqdır”, – deyə Ararat Mirzoyan bildirib.