Ararat Mirzoyan bildirib ki, Ermənistan və Türkiyə arasında dialoq elə bir mərhələdədir ki, ölkələr arasında diplomatik münasibətlərin qurulması mümkündür
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hesab edir ki, Ermənistan-Türkiyə dialoqu elə bir mərhələyə çatıb ki, bu, iki ölkə arasında diplomatik münasibətlərin qurulması və sərhədin tam açılması üçün yetərlidir.
“Türkiyə-Ərmənistan dialoqu o səviyyəyə gəlib çatıb ki, cari proseslərlə yanaşı, yekun nəticə də əldə etmək mümkündür. Konkret olaraq, iki ölkə arasında diplomatik münasibətlərin qurulması və sərhədin tam açılması. Burada heç bir anlaşılmazlıq yoxdur və biz bunu türk tərəfdaşlarımıza bildiririk,” — deyə Mirzoyan Ermənistan Milli Məclisinin Xarici Əlaqələr Daimi Komitəsinin iclasında bildirib.