Aprelin 6-da Qori avtomobil tunelində müvəqqəti keçid yaradılacaq
Aprelin 6-da Qori avtomobil tunelində müvəqqəti keçid yaradılacaq

Beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze yolunun 88-ci km-də yerləşən Qori yolu tunelində 2022-ci il 6 aprel saat 00:00-dan 06:00-dək zədələnmiş ventilyasiya sisteminin təmiri məqsədilə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır. Məlumatı Avtomobil Yolları İdarəsi yayıb.

“Senaki-Tbilisi avtomobil tunelinin bağlanması zamanı avtonəqliyyat vasitələrinin axını daxili əhəmiyyətli Qori tunellərinin giriş-çıxış yoluna aparılacaq.

Avtomobil Yolları İdarəsi əhalini avtomobilləri düzgün idarə etməyə və yollarda qoyulan rejimlərə əməl etməyə çağırır”, – məlumatda deyilir.