Aprelin 23-24-də Gürcüstanın əksər ərazilərində isti və yağmursuz hava şəraiti gözlənilir, temperatur +29 dərəcəyədək yüksələcək

18:23, 21.04.2022

Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, aprelin 21-22-də Gürcüstanın bəzi rayonlarında yağıntılı hava şəraiti davam edəcək.

Sinoptiklər aprelin 23-24-də ölkənin əksər rayonlarında hava şəraitinin isti, əsasən yağmursuz keçəcəyini proqnozlaşdırırlar.

Aprelin 21-22-də havanın temperaturu aran rayonlarında 19-24 dərəcə isti, aprelin 23-24-də isə 24-29 dərəcəyədək yüksələcək.

Eyni zamanda, Milli Ətraf Mühit Agentliyi bildirir ki, aprelin 25-də Gürcüstanın bəzi rayonlarında istilər fonunda yenidən yağış yağacaq.

Aprelin 21-22-də Tbilisidə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Aprelin 23-25-də hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu +23, +25 dərəcə təşkil edəcək.

Oxşar