Aprelin 22-dən planlı bərpa işləri ilə əlaqədar Mtsxetada qərbdən, Narekvavi istiqamətindən dolama yolu 15 gün müddətinə bağlanacaq
Aprelin 22-dən planlı bərpa işləri ilə əlaqədar Mtsxetada qərbdən, Narekvavi istiqamətindən dolama yolu 15 gün müddətinə bağlanacaq

 

İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, aprelin 22-si saat 10:00-dan etibarən planlı bərpa işləri ilə əlaqədar Mtsxeta şəhərində qərbdən, Narekvavi istiqamətindən dolama yolu 15 gün müddətinə bağlanacaq.

Avtomobillərin hərəkəti üçün alternativ yollar barədə ictimaiyyətə əlavə məlumat veriləcək və yerində müvəqqəti yol nişanları yerləşdiriləcək.

Avtomonəqliyyat vasitələri Mtsxetaya Tbilisi istiqamətindən daxil olacaqlar və Narekvavdakı “Magniti” supermarketinə qədər hərəkət edəcəklər, Mtsxetadan isə maneə olmadan çıxmaq mümkün olacaq.
Müvafiq olaraq, bələdiyyə nəqliyyatının son dayanacağı Mtsxeta Tibb Mərkəzinin ərazisinin yaxınlığına köçürüləcək.

Yol işləri Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin podratçısı olan “Black Sea Group” şirkəti tərəfindən həyata keçiriləcək.

Məlumatı Tbilisinin Meriyası yayır.