Aprelin 21-də parlament yaxınlığında aksiyada saxlanılan Levan Zazadzenin 12 sutkalıq həbs cəzasına məhkum edilməsi məhkəmədə dava-dalaşla müşayiət olunub
Tbilisi Şəhər Məhkəməsi aprelin 21-də parlament yaxınlığında aksiyada saxlanılan Levan Zazadzeni 12 sutkalıq inzibati həbs cəzasına məhkum edib.
Hakim Koba Çaqunava sözügedən qərarı qəbul edib.
Bu qərarın elan olunması məhkəmə salonunda etirazla müşaiyət olunub.
Məhkəmənin təhlükəsizlik xidmətinin əməkdaşları ilə salonda olan şəxslər arasında baş verən qarşıdurma zamanı bir nəfərin halı pisləşib.