Aprelin 15-də saat 21:00-dan Tbilisi, Rustavi, Batumi və Kutaisi şəhərləri bağlanacaq
Hökümət qərar verdi ki, aprelin 15-də saat 21:00-dan, ölkənin böyük şəhərləri olan Tbilisi, Rustavi, Batumi və Kutaisi şəhərlərinə giriş-çıxış 10 gün müddəti ilə, bağlanacaq – Bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria verdi.
“Təəssüf ki, Gürcüstanda ilk dəfə, bir gün ərzində, infeksiyaya yoluxmanın 30 halının qeydə alınması faktı müşahidə olunur və demək olar ki, artıq virusun ölkə daxilində geniş miqyaslı yayılması mərhələsinə keçdik” – dedi baş nazir.
Onun dediyinə görə, virusun yayılmasının pikə çatmasını proqnoz etmək bu gün qeyri-mümkündür.
“Bundan irəli gələrək, iqtidar mövcud olan məhdudiyyətləri sərtləşdirməyə qərar verdi. Əlimizdən gələni edəcəyik ki, bu addımlarla şəhərlərarası hərəkət dozasını azaldaq və virusun yayılmasının qarşısını ala bilək” – dedi baş nazir.