Aprelin 15-17-də Gürcüstanda hava şəraitinin nisbətən isti və əsasən yağmursuz keçəcəyi gözlənilir
Aprelin 15-17-də Gürcüstanda hava şəraitinin nisbətən isti və əsasən yağmursuz keçəcəyi gözlənilir

 

Milli Ətraf Mühit Agentliyi aprelin 15-17-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.

Sinoptiklərin proqnozuna əsasən, yaxın günlərdə Gürcüstanda hava şəraitinin nisbətən isti və əsasən yağmursuz keçəcəyi gözlənilir.

“Tbilisidə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gündüz saatlarında havanın temperaturu +16, +18 dərəcə qeydə alınacaq.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): hava şəraiti əsasən yağmursuz keçəcək. Gündüz saatlarında havanın temperaturu +20, +22 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): hava şəraiti yağmursuz keçəcək. Gündüz saatlarında havanın temperaturu +21, +23 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti dağ keçidi): hava şəraiti yağmursuz keçəcək. Gündüz saatlarında havanın temperaturu +18, +20 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro): hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın temperaturu +13, +15 dərəcə qeydə alınacaq.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gündüz saatlarında havanın temperaturu +17, +19 dərəcə qeydə alınacaq.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gündüz saatlarında havanın temperaturu +17, +19 dərəcə qeydə alınacaq.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri): hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gündüz saatlarında havanın temperaturu +15, +17 dərəcə qeydə alınacaq.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gündüz saatlarında havanın temperaturu +10, +12 dərəcə qeydə alınacaq. Hava haqqında ətraflı məlumat üçün linkə daxil olun https://meteo.gov.ge/?fbclid=IwY2xjawRK3slleHRuA2FlbQIxMABicmlkETFROGpGUDZHbmU3MG41N083c3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHrLePVBNop6J3rKlf5jH12EkXJUghfWwh_AI6J22ClOmp4_hATSXGTTBXmWB_aem_j5xFrwQ07Nagrcvb0bj9kw” – məlumatda qeyd olunub.