Aprel ayında Miqrasiya Departamentinin əməkdaşları Gürcüstandan 96 xarici ölkə vətəndaşını ölkədən çıxarıblar
Aprel ayında Miqrasiya Departamentinin əməkdaşları Gürcüstandan 96 xarici ölkə vətəndaşını ölkədən çıxarıblar

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti nazirliyin digər bölmələri ilə sıx koordinasiyada ölkə daxilində qeyri-qanuni miqrasiyaya qarşı mübarizəni təmin edir. Konkret olaraq, ötən ay müxtəlif ölkələrin 96 vətəndaşının Gürcüstandan çıxarılması həyata keçirildi.

DİN tərəfindən yayılan məlumatda qeyd olunur ki, xarici vətəndaşların bir qismi Gürcüstanı könüllü şəkildə tərk edib, digərləri isə Miqrasiya Departamentinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində məcburi qaydada ölkədən çıxarılıb. Qovulmuş şəxslərə qanuna uyğun olaraq Gürcüstana giriş qadağası qoyulub.

“Gürcüstandan Çin, Banqladeş, Hindistan, İordaniya, Rusiya, Türkiyə, İran, İsrail, Tacikistan, Nigeriya, Nepal, Pakistan, Türkmənistan, Misir, Koreya, Filippin, Şri Lanka, Livan, Səudiyyə Ərəbistanı, Azərbaycan, Slovakiya, Qazaxıstan vətəndaşları – ümumilikdə 96 nəfər – çıxarılıb.

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qeyri-qanuni miqrasiyaya qarşı mübarizəyə cavabdeh orqandır. Onun səlahiyyətlərindən biri də Gürcüstanda hüquqi əsas olmadan yaşayan xarici vətəndaşların müəyyənləşdirilməsi və onların ölkədən çıxarılmasının həyata keçirilməsidir,” – deyə məlumatda qeyd olunur.