Apellyasiya Məhkəməsində seçkilərlə əlaqədar şikayətlərin müzakirəsi davam edir
Apellyasiya Məhkəməsində seçkilərlə əlaqədar şikayətlərin müzakirəsi davam edir

 
Tbilisinin Apellyasiya Məhkəməsində seçkilərlə əlaqədar şikayətlərin müzakirəsi davam edir. Proses dünən, noyabrın 6-da günorta saat ikidə başlayıb. Yaxın vaxtlarda Tetritsğaronun hakiminin seçki məntəqələrinin nəticələrinin etibarsız sayılması haqda qərarının qüvvədə qalıb-qalmayacağı məlum olmalıdır.

Hakim Vladimer Xucuanın Tetritsğaro və Tsalka dairələrinə daxil olan bir neçə seçki məntəqəsinin elektron nəticələrini ləğv etdiyi qərarından Apellyasiya Məhkəməsinə şikayət edilib.

Apellyasiya Məhkəməsi Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyasının və “Mənim səsim” müşahidə missiyasının şikayətlərini birləşdirib və onlara hakimlərin vahid kollegiyası tərəfindən baxılır. Eksperiment də aparılıb. Səsvermə cihazını əraziyə aparıblar. Hakimlər də eksperimenti müşahidə edirdilər. Eksperimentin daha bir hissəsi kameraların yeri idi, üç metr aralıda bülletendə nəsə bir iz görünürdü yoxsa yox? Məhkəmə eksperimentlə hansı nəticələri əldə etdi, qərarı hakimlər rəydə yazacaqlar.