Apellyasiya Məhkəməsi Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyasının və digər təşkilatların 150-yə qədər seçki məntəqəsinin nəticələrinin ləğv edilməsi haqda şikayətlərini təmin etməyib, Tetritsğaro məhkəməsinin qərarı da ləğv edilib
Apellyasiya Məhkəməsi Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyasının və digər təşkilatların 150-yə qədər seçki məntəqəsinin nəticələrinin ləğv edilməsi haqda şikayətlərini təmin etməyib, Tetritsğaro məhkəməsinin qərarı da ləğv edilib

 
Tbilisinin Apellyasiya Məhkəməsi Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyasının və digər təşkilatların 150-yə qədər seçki məntəqəsinin nəticələrinin ləğv edilməsi haqda şikayətlərini təmin etməyib.

Məsələ seçkilərin elektron qaydada keçirildiyi seçki məntəqələrinə aiddir.

Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası “Mənim səsim” müşahidə missiyası ilə birlikdə səsvermənin elektron qaydada keçirildiyi bütün seçki məntəqələrinin nəticələrinin ləğv edilməsini tələb edirdi. Bunun əsas səbəbi olaraq isə səsvermənin gizliliyi prinsipinin pozulması göstərilirdi. Tetritsğaro Rayon Məhkəməsinin qərarı əsaslardan biri kimi göstərilirdi.

Apellyasiya Məhkəməsi MSK-nın vəsatətini təmin edib və Tetritsğaro Rayon Məhkəməsinin hakimi tərəfindən qəbul edilmiş qərarı ləğv edib.

Apellyasiya Məhkəməsində təxminən 24 saat boyunca ümumilikdə 26 şikayət üzrə müzakirə gedirdi. Apellyasiya Məhkəməsinin iclas zalında səsvermə prosedurunun nümayiş eksperimenti də keçirilib.

Sözügedən məsələ ilə bağlı Apellyasiya Məhkəməsinin qərarı milli məhkəmə səviyyəsində sondur və Ali Məhkəməyə şikayət verilə bilməz, lakin Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyasının nümayəndələri şikayətləri təmin olunmazsa, Strasburq Məhkəməsinə müraciət edəcəklərini demişdilər.