Aparılan bərpa işləri ilə əlaqədar olaraq aprelin 18-dən Metexi körpüsündə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

16:38, 18.04.2022

Tbilisi meriyası Metexi körpüsünün bərpasına başlayıb. Paytaxtın meri Kaxa Kaladze reabilitasiya layihəsi ilə yerindəcə tanış olub.

Meriyadan verilən məlumata görə, layihə çərçivəsində tağların möhkəmləndirilməsi, fasadların işlənib-hazırlanması, yeni asfalt-beton örtüyünün döşənməsi, səkilərin yenilənməsi və təbii daş plitələrlə üzlənməsi, eləcə də körpünün üzərindəki çuqun məhəccərin görünüşünün yaxşılaşdırılması nəzərdə tutulub. .

Eyni zamanda, Tbilisi meriyasının məlumatına görə, nəzərdə tutulan işlərlə əlaqədar bu il aprelin 18-dən Metexi körpüsündə avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

Metexi körpüsünün reabilitasiya işlərini Bələdiyyə İnfrastrukturunun İnkişafı Xidmətinin sifarişi ilə “Besko” şirkəti həyata keçirəcək. İşlər yayın sonuna kimi yekunlaşacaq.

Oxşar