Antverpendə çoxmərtəbəli yaşayış binasında yanğında ən azı altı nəfər həyatını itirib
Belçikanın Antverpen şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən yanğında ən azı altı nəfər həyatını itirib, bir neçə nəfər isə xəsarət alıb.
Yanğın onmərtəbəli yaşayış binasında yerli vaxtla təxminən saat 10:00-da başlayıb.
Polisin verdiyi məlumata əsasən, binada 200-dən çox insan yaşayır. Yanğın səbəbindən xilasedicilər təxminən 80 mənzilin sakinini təxliyə ediblər.
İlkin məlumata əsasən, yanğına birinci mərtəbədə yaranan texniki nasazlıq səbəb olub.
Yayılan məlumata əsasən, vətəndaşlardan biri binada Antverpenin keçmiş meri Bob Kulsun olduğunu qeyd edib. O, binadan təhlükəsiz şəkildə çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Antverpenin Yanğından Mühafizə Xidmətinin nümayəndəsi Mari de Klerk hadisənin mürəkkəb olduğunu, çünki güclü tüstülənmə və zəif görmə məsafəsinin yanğının söndürülməsi prosesini çətinləşdirdiyini bildirib.