Belçikanın Antverpen şəhərində koronavirusun yayılmasının dayandırılması məqsədi ilə komendant saatı elan edildi.
“Evronyusun” məlumatına görə, komendant saatı axşam saat 11:30-dan səhər saat 6:30-a qədər qüvvədə olacaq.
Belçikada qeydə alınan koronavirus hallarının 70 faizi Atverpendə aşkar edilib. Buna görə, şəhərdə sərt tədbirlər görürülür.
Ölkədə koronavirusun 66 mindən artıq halı aşkar edilib, 10 minə yaxın insan vəfat edib.