Antoniu Quterreş – Suriyaya beynəlxalq ictimaiyyətə Suriya xalqını və Suriya hökumətini dəstəkləmək üçün səylərini əsirgəməmələri barədə güclü çağırışla gəlmişəm
Suriyada səfərdə olan BMT-nin baş katibi Antoniu Quterreş təşkilatın Suriya xalqına və ölkə hökumətinə dəstəyini bir daha təsdiqləyib.
“Birləşmiş Millətlər Təşkilatı bu həlledici məqamda Suriya xalqının yanındadır. Mən beynəlxalq ictimaiyyətə Suriya xalqını və Suriya hökumətini dəstəkləmək üçün səylərini əsirgəməmələri barədə mümkün olan ən güclü çağırışla gəlmişəm” — BMT-nin baş katibi bildirib.
Bununla yanaşı, onun sözlərinə əsasən, ölkənin bərpa olunması prosesini sürətləndirmək üçün Suriyaya qarşı tətbiq edilən sanksiyalar dərhal ləğv olunmalıdır.
“Sanksiyaları yüngülləşdirən və iqtisadi bərpa üçün yeni imkanlar yaradan addımları təqdir edirən. Lakin bütün bu sanksiyalar dərhal ləğv edilməlidir” — Antoniu Quterreş qeyd edib.
Bundan əvvəl, iyulun 25-də Quterreş Suriyanın bərpa olunması prosesində köməklik göstərəcəyinə söz vermişdi. Qeyd etmək lazımdır ki, bu, 2009-cu ildən bəri BMT-nin baş katibinin rəsmi səfərlə Suriyaya gəldiyi ilk haldır.
Məlumat üçün bildirək ki, Amerika Birləşmiş Ştatları Suriyaya qarşı tətbiq edilən sanksiyaların əksəriyyətini ləğv edib. ABŞ Prezidenti Donald Tramp bu ayın əvvəlində Suriya Prezidenti Ahmed al-Şaraaya Suriyanı terrorizmin sponsoru olan dövlətlər siyahısından çıxarmaq niyyətində olduğunu deyib.