Antoniu Koşta - Döyüş meydanında uğursuzluq yaşadığı halda, Rusiyaya danışıqlar masasında uğur qazanmaq imkanı verməməliyik
İrəliyə yeganə yol beynəlxalq hüquq, suverenlik, ərazi bütövlüyü və BMT Nizamnaməsinin prinsiplərinə əməl olunnmasına hörmətlə möhkəmlənmiş ədalətli və dayanıqlı sülhdür. Döyüş meydanında uğursuzluq yaşadığı halda, Rusiyaya danışıqlar masasında uğur qazanmaq imkanı verməməliyik – bu haqda Avropa Şurasının prezidenti Antoniu Koşta bildirib.
Koştanın sözlərinə əsasən, Avropa davamlı sülhə doğru bütün səyləri təqdir edir.
“Amerika Birləşmiş Ştatlarından tərəfdaşlarımız da daxil olmaqla, dayanıqlı sülhə doğru bütün səyləri təqdir edirik, Rusiya danışıqlar masasına ciddi şəkildə əyləşməli və bu müharibədə qalib gələ bilməyəcəyini qəbul etməlidir” – Antoniu Koşta bildirib.
Həmçinin Koşta qeyd edib ki, Avropa İttifaqına üzvlük prosesi sadəcə bürokratiya deyil, Ukrayna xalqına real fayda gətirən transformasiyadır.
“Avropa İttifaqının institutları ilə texniki hazırlıq prosesi yaxşı gedir və yaxın gələcəkdə bu yolda əhəmiyyətli irəliləyiş gözləyə bilərik” – Antoniu Koşta bildirib.