Antoniu Koşta – Avropa İttifaqı 2030-cu ilə qədər hibrid təhdidlərə reaksiya verməyə hazır olmalıdır

18:31, 26.08.2026

 

Avropa Şurasının prezidenti Antoniu Koştanın bəyanatına əsasən, Avropa İttifaqı üzv dövlətlərinin üzləşdiyi hibrid təhdidləri dərk edir və 2030-cu ilə qədər birgə reaksiya vermək imkanlarının yaradılması üzərində işləyir.

Koşta bu barədə Litvada ölkə prezidenti Qitanas Nauseda ilə görüşdən sonra bildirib.

“Şübhəsiz ki, hamımız üzləşdiyimiz təhdidləri dərk edirik. Biz təkcə hibrid təhdidlərlə üz-üzə deyilik, həm də hibrid hücumların həyata keçirildiyini bilirik. 2030-cu ilə qədər birgə reaksiya verməyə və bu təhdidə vahid cavab verməyə hazır olmaq üçün planımız var” – Koşta bildirib.

O, müvafiq reaksiya tədbirlərinin hazırlanması prosesinə Avropa İttifaqının bütün üzv dövlətlərinin, Avropa Komissiyası və digər Avropa təsisatlarının cəlb olunduğunu deyib.

“Təkcə ayrı-ayrı dövlətlərin deyil, hamımızın təhlükəsizliyini təhdid edən bu təhlükələrin öhdəsindən gələ bilməyimiz üçün bütün üzv dövlətlər, Avropa Komissiyası və Avropa təsisatları birlikdə çalışırlar” – Avropa Şurasının prezidenti qeyd edib.

Anoloji məzmunda bəyanatı Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt də verib. O, Almaniyaya qarşı hibrid hücumlar təhlükəsinin daha da güclənə biləcəyini deyib. Dobrindtin bəyan etdiyi üzrə, təhlükəsizlik sahəsində yeni qanunların qəbulu ilin sonuna qədər baş tutmalıdır.

Oxşar