Antonio Qutiereş Kiyevdə Vladimir Zelenski ilə 28 apreldə görüşəcək
Antonio Qutiereş Kiyevdə Vladimir Zelenski ilə 28 apreldə görüşəcək

BMT-nin baş katib, Antonio Qutiereş aprelin 28-də Kiyevə səfər edəcək və prezident, Vladimir Zelenski ilə görüş keçirəcək. Məlumatı onun mətbuat katibi yayır.

İki gün əvvəl, aprelin 26-da Qutiereşi Moskvada gözləyirlər. Müzakirə olunacaq əsas məsələ Ukraynada sülhün bərqərar olması üçün gələcək addımların atılmasıdır.

Quttereş iki ölkə nümayəndələrinə Ukrayna və Rusiya prezidentləri ilə ayrıca təkbətək görüş tələb edən rəsmi məktubu aprelin 19-da təqdim etdi.