BMT-nin baş katibi, Antonio Quterreş Odessa limanının bombalanmasını pisləyir.
BMT-nin mətbuat xidmətinin bəyanatında qeyd edildiyi kimi, Antonio Quterres “Ukraynanın Odessa limanına bugünkü hücumları qeyd-şərtsiz pisləyir”.
“Dünən bütün tərəflər Ukrayna taxılının və əlaqədar məhsulların dünya bazarlarına təhlükəsiz daşınması üçün dünya səhnəsində aydın öhdəlik götürdülər. Bu məhsullar qlobal ərzaq böhranını aradan qaldırmaq və bütün dünyada milyonlarla ehtiyacı olan insanın əzablarını yüngülləşdirmək üçün vacibdir. Müqavilənin Rusiya Federasiyası, Ukrayna və Türkiyə tərəfindən tam icrası məcburidir”, – bəyanatda deyilir.
Ruslar Odesa dəniz-ticarət limanını bu gün bombaladılar.