Antonio Quterreş - müharibəyə son qoymaq üçün tərəflər nə qədər tez vicdanlı diplomatiyaya səylərə qoşulsalar, Ukrayna, Rusiya və dünya üçün bir o qədər yaxşı
BMT-nin baş katibi Antonio Quterreş nəki, Ukraynada zorakılıq dərhal dayandırılmalı və müharibəyə son qoymaq üçün danışıqlara başlanmalıdır. Bu barədə Antonio Quterreşin Ukraynada müharibənin başlanmasının 100-cü günü ilə bağlı yaydığı bəyanatda deyilir.
“Mən zorakılığa dərhal son qoymağa, bütün ehtiyacı olanların humanitar yardıma maneəsiz çıxışına, münaqişə zonasında qalmış mülki şəxslərin təhlükəsiz təxliyəsinə, mülki şəxslərin təcili müdafiəsinə və beynəlxalq normalara uyğun olaraq insan hüquqlarına hörmət etməyə çağırışımı bir daha təkrar edirəm. BMT humanitar səylərə sadiqdir. Lakin əvvəldə qeyd etdiyim kimi, münaqişənin həlli danışıqlar və dialoq tələb edir. Müharibəyə son qoymaq üçün tərəflər nə qədər tez vicdanlı diplomatiyaya səylərə qoşulsalar, Ukrayna, Rusiya və dünya üçün bir o qədər yaxşış BMT hər bu cür səyləri dəstəkləməyə hazırdır”, – BMT-nin baş katibinin bəyanatında deyilir.
Antonio Quterreş qeyd edir ki, münaqişə artıq minlərlə insanın həyatına son qoyub, hesabsız dağıntılara səbəb olub, milyonlarla insanı köçkün vəziyyətinə salıb, insan hüquqlarının qəbuledilməz pozulmasına gətirib çıxarıb və ölkədə ərzaq, enerji və maliyyə çətinlikləri ilə nəticələnən üç ölçülü qlobal böhran yaradıb.