Antonio Qutereşin məlumatına görə, "Azovstal" zavodundan, Mariupol şəhərindən və ətraf ərazilərdən 500-ə qədər insanın təxliyyəsi həyata keçirildi
“Azovstal” zavodundan, Mariupol şəhərindən və ətraf ərazilərdən 500-ə qədər insanın təxliyyəsi həyata keçirildi.
Bu barədə BMT-nin baş katibi, Antonio Qutereş “tvitter” səhifəsində bəyan etdi.
“Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə əməliyyatı nəticəsində iki təhlükəsiz konvoy Azovstal zavodundan, Mariupoldan və ətraf ərazilərdən 500-ə qədər insanı uğurla təxliyə etdi. Ümid edirəm ki, Moskva və Kiyevlə daimi koordinasiya mülki şəxslərin təhlükəsiz yerdəyişməsi üçün daha böyük humanitar fasiləyə səbəb olacaq”, – Antonio Qutereş “tvitter” səhifəsində yazır.