Antonio Qutereş - BMT Mariupol və "Azovstaldan" vətəndaşların evakuasiyasına yenə də çalışır
Antonio Qutereş - BMT Mariupol və "Azovstaldan" vətəndaşların evakuasiyasına yenə də çalışır

“Reuters” agentliyinin məlumatına görə, BMT Mariupol və “Azovstaldan” vətəndaşların evakuasiyasına yenə də çalışır. Bu barədə BMT-nin baş katibi, Antonio Qutereş BMT Təhlükəsizlik Şurasının üzvlərinə məlumat verdi.

Onun sözlərinə görə, bu BMT-nin vətəndaşları Mariupoldan və metallurgiya zavodundan təxliyə etmək üçün üçüncü cəhdidir. Qutereş təfərrüatları açıqlamasa da, prosesin başladığını dedi.

“Ümid edirəm ki, Moskva və Kiyevlə koordinasiya daha humanitar pauzaya gətirib çıxaracaq ki, vətəndaşlar hərbi əməliyyatlardan təhlükəsiz çıxış yolu əldə etsinlər və təcili yardıma ehtiyacı olanlar onu almaq imkanı əldə etsinlər. Bu cəhənnəmin əlindən qurtulmaq üçün hər şeyi etməliyik”, – Qutereş bəyan etdi.

Xatırladaq ki, “Azov” legionunun məlumatına görə, Rusiya “Azovstal” zavodunu bombalamağı davam etdirir.