Antonio Koştа: İrana qonşularına qarşı hücumları dayandırmağa və Hörmüz boğazında gəmiçiliyin azadlığını tam bərpa etməyə çağırdım

11:58, 24.09.2026

İrana qonşularına qarşı hücumları dayandırmağa və Hörmüz boğazında gəmiçiliyin azadlığını tam bərpa etməyə çağırdım. Bunu Avropa Şurasının Prezidenti Antonio Koşta İran Prezidenti Məsud Pezeşkianla görüşündən sonra sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, İran lideri ilə səmimi və əsaslı müzakirə aparıb. Koşta həmçinin qeyd edib ki, münaqişənin həlli üçün yeganə yol dialoqdur.

„İran Prezidenti Məsud Pezeşkianla səmimi və əsaslı müzakirə apardım. Vurğuladım ki, dialoq münaqişələrin həlli və regionda davamlı sülhün təmin olunmasının yeganə yoludur.

İranı qonşularına qarşı hücumları dayandırmağa və Hörmüz boğazında gəmiçiliyin azadlığını tam bərpa etməyə çağırdım. Həmçinin İranı Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (IAEA) əməkdaşlığı bərpa etməyə çağırdım.

Avropa İttifaqı hazırda davam edən bütün diplomatik səyləri dəstəkləməyə hazırdır“, – deyə Koşta sosial şəbəkədə yazıb.

Oxşar