Antonio Quterreş şimali koreyalı hərbçilərin Rusiyaya göndərilməsi və münaqişə zonasında mümkün yerləşdirilməsi ilə bağlı narahatlığını ifadə edir – Bu, Ukraynada müharibənin olduqca təhlükəli eskalasiyası olacaq
BMT-nin baş katibi Antonio Quterreş şimali koreyalı hərbçilərin Rusiyaya göndərilməsi, o cümlədən münaqişə zonasında onların mümkün yerləşdirilməsi ilə bağlı xəbərlərdən narahatlığını ifadə edir.
“Bu, Ukraynada davam edən müharibənin olduqca təhlükəli eskalasiyası olacaq. Bu münaqişənin istənilən formada beynəlmiləlləşməsinin qarşısını almaq üçün hər şey edilməlidir” – BMT-nin veb-səhifəsində dərc olunmuş bəyanatda deyilir.
BMT-nin baş katibi Ukraynada BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və Baş Assambleyanın qətnamələrinə uyğun olaraq ədalətli, davamlı və hərtərəfli sülhün bərqərar edilməsinə yönəlmiş bütün mühüm səyləri dəstəkləyir.
Cənubi Koreya kəşfiyyatının məlumatına əsasən, Pxenyan Rusiyaya artıq ən azı 10 min hərbçi göndərib.