Anton Geraşenko - Rusiya Federasiyasının ərazisinə zorla köçürülən Ukraynalılara qonşu ölkələrə, o cümlədən Gürcüstana köçməyi məsləhət görürəm
Rusiya Federasiyasının ərazisinə zorla köçürülən Ukraynalılara qonşu ölkələrə, o cümlədən Gürcüstana köçməyi məsləhət görürəm, – bu barədə Ukrayna Daxili İşlər nazirinin müşaviri, Anton Geraşenko “Nastayaşaya Vremya” telekanalına müsahibəsində bəyan etdi.
“Ukrayna vətəndaşlarının əksəriyyəti Rusiyaya zorla köçürülüb. Mən onlara Ukraynanın dost ölkələrinə, məsələn, Gürcüstana, Finlandiyaya, Polşaya, eləcə də Baltikyanı ölkələrə getməyi məsləhət görürəm. Ukraynalıların bütün Avropa İttifaqına üzv ölkələri ilə, eləcə də Gürcüstanla vizasız rejimi var. Sonra Polşa, Slovakiya, Macarıstan, Moldovaya uça bilərsiniz. Bunlar bizim sərbəst hərəkət rejimimiz olan ölkələrdir və siz Ukraynaya qayıda bilərsiniz. Bizdə artıq belə hallar olub”, – Geraşenko bəyan etdi.
Onun sözlərinə görə, müharibə səbəbindən pasportsuz qalan Ukraynalılar tezliklə vətənlərinə qayıtmağa imkan verən xüsusi elektron sənəddən istifadə edə biləcəklər.