Antik əşyaların oğurlanması ittihamı ilə bir nəfər yaxalandı
Antik əşyaların oğurlanması ittihamı ilə bir nəfər yaxalandı

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Qədim Tbilisi İdarəsinin əməkdaşları, həyata keçirilmiş operativ-axtarış və istintaq tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü Q.S.-nı oğurluq ittihamə ilə, Tbilisidə yaxaladılar.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

“İstintaq ilə müəyyənləşdirildi ki, müttəhim Tbilisidə, Amağleba küçəsində, vətəndaşların birinin evini soxularaq antik əşyalarını oğurladı.

Polis yaxalananın qarajını axtararkən, oğurlanmış əşyaları dəlil olaraq götürdü. İstintaqın başa çatmasından sonra əşyalar qanuni sahibinə qaytarılacaq”, – DİN tərəfindən yayılan məlumatda deyilir.

İstintaq GCM-nin 177-ci maddəsinin ikinci hissəsinin “a” bəndi ilə aparılır.

Tərədilmiş cinayət 3-dən 7 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.