Anri Oxanaşvili - sağlamlıq durumundan irəli gələrək maskanı gəzdirə bilməyən insanı heç kim cərimələyə bilməz
Sağlamlıq durumundan irəli gələrək maskanı gəzdirə bilməyən insanı heç kim cərimələyə bilməz, – bu barədə Parlament çoxluğunun üzvü, Anri Oxanaşvili bəyan etdi.
Onun dediyinə görə, spekulyasiya idi ki, əgər insan müəyyən sağlamlıq problemlərinə görə, maska gəzdirə bilmirsə, cərimələnəcək.
Maskanın gəzdirilməsi qaydasının pozulması üçün cərimə təyin olunur. Hüquq Komitəsinin sədrinin açıqlamasına görə, maskanın gəzdirilməsi cəriməsi 50 lari əvəzinə 20 və 30 lari olacaq.