Anri Oxanaşvili Levan Xaranaulini ədliyyə nazirinin birinci müavini vəzifəsinə təyin edib
Anri Oxanaşvili Levan Xaranaulini ədliyyə nazirinin birinci müavini vəzifəsinə təyin edib

 
Gürcüstanın ədliyyə naziri Anri Oxanaşvili Levan Xaranaulini birinci müavin vəzifəsinə təyin edib. Məlumatı Ədliyyə Nazirliyi yayır.

Levan Xaranauli hüquq elmləri doktoru və Tbilisi Dövlət Universitetinin hüquq fakültəsinin dosentidir. Dövlət qulluğunda iş və akademik fəaliyyətdə çox illik təcrübəyə malikdir; Bir sıra elmi tədqiqat və monoqrafiyaların müəllifidir.