Anri Oxanaşvili - Avropa İttifaqına tam inteqrasiya məqsədilə nazirlik gürcü qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə yaxınlaşdırılması prosesini fəal şəkildə davam etdirəcək
Avropa İttifaqına tam inteqrasiya məqsədilə nazirlik gürcü qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə yaxınlaşdırılması prosesini fəal şəkildə davam etdirəcək – bu haqda ədliyyə naziri postuna namizəd Anri Oxanaşvili dörd komitənin birləşmiş iclasında deyib.
O bildirib ki, nazirlik hüquqi yaxınlaşma haqda məlumatın vahid elektron bazada qeydiyyatını təmin edir.
“Bu, Avropa İttifaqına inteqrasiyanın bizim bəyan etdiyimiz siyasi məqsədimiz olmasından irəli gələrək mühüm fəaliyyətdir və bu istiqamətdə dövlət Avropa İttifaqına üzvlüyü hazır vəziyyətdə qarşılamalı və müvafiq qanunvericilik məkanı tam uyğunlaşdırılmalıdır və bundan irəli gələrək, biz bu istiqamətdə işləməyə davam edəcəyik”- Anri Oxanaşvili bildirib.