Anri Oxanaşvili Avropa İttifaqı nümayəndələri ilə görüşdü

14:05, 28.01.2022

Hüquq Məsələləri Komitəsinin sədri, Anri Oxanaşvili  Avropa İttifaqının Gürcüstandakı səfirinin məsləhətçisi, Julien Kramp və İnsan Hüquqları və Ədalət Proqramının məsləhətçisi, Anne Birgite Hensen görüşdü.

Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər aktual siyasi və hüquqi məsələlərlə bağlı mövqe mübadiləsi apardılar. Anri Oxanaşvili qonaqlara qarşıdakı illərdə və xüsusilə 2022-ci ildə həyata keçirilməsi planlaşdırılan mühüm islahatlar barədə məlumat verdi.

“Fevralın ilk həftəsində Parlamentin yaz sessiyası başlayır və müvafiq olaraq, qarşıda kifayət qədər fəal siyasi proseslər gözləyir. Ona görə də, yaxın vaxtlarda komitə və ya plenar iclasda müzakirə oluna biləcək bütün aktual məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Yekunda, Avropa İttifaqı nümayəndələri ilə çox səmərəli və dostluq görüşü keçirildi”, – Anri Oxanaşvili bəyan etdi.

Oxşar