Anri Oxanaşvili 11-ci müəssisənin məhkumları, eləcə də əməkdaşları ilə görüşüb, onları qarşıdan gələn Milad və Yeni il bayramı münasibətilə təbrik edib
Ədliyyə naziri Anri Oxanaşvili Xüsusi Penitensiar Xidmətin rəisi Nika Txvaraşvili ilə birlikdə 11-ci (yetkinlik yaşına çatmayanlar) müəssisədə olub.
Ədliyyə naziri yetkinlik yaşına çatmayan məhkumları və müəssisənin əməkdaşlarını qarşıdan gələn Milad bayramı və Yeni il münasibətilə təbrik edib və onlara hədiyyələr verib.
“Anri Oxanaşvili görüşdə məhkumların resosiallaşdırılması-reabilitasiyasının əhəmiyyətini vurğulayıb və qeyd edib ki, qeyd olunan istiqamətdə onların ehtiyaclarına uyğunlaşdırılmış yeni proqramların tətbiqi planlaşdırılır. Həmçinin, o, vəzifə səlahiyyətini vicdanla yerinə yetirdiklərinə görə müəssisənin əməkdaşlarına təşəkkür edib. Ədliyyə naziri 11-ci müəssisənin infrastrukturu ilə də tanış olub, o cümlədən, yetkinlik yaşına çatmayanların məşq etdiyi və müxtəlif idman növlərinə cəlb olunduğu yenilənmiş idman meydançasına baxış keçirib” – Ədliyyə Nazirliyinin məlumatında qeyd olunub.