Anna Fotiqa - Böyük əhəmiyyət kəsb edən yerli seçkiləri müşahidə etmək üçün Gürcüstana gedəcəyəm, seçkilərin sakit və şəffaf bir mühitdə keçməsi lazımdır
Anna Fotiqa - Böyük əhəmiyyət kəsb edən yerli seçkiləri müşahidə etmək üçün Gürcüstana gedəcəyəm, seçkilərin sakit və şəffaf bir mühitdə keçməsi lazımdır

Avropa Parlamentinin üzvü Anna Fotiqa, 2 oktyabr yerli özünüidarəetmə seçkilərini müşahidə etmək üçün Gürcüstana gələcəyini söyləyir.

Onun sözlərinə görə, seçkilərin sakit və şəffaf şəraitdə keçməsi zəruridir.

“Böyük əhəmiyyət kəsb edən yerli seçkiləri müşahidə etmək üçün Gürcüstana gedəcəyəm. Seçkilərin mövcud gərginliyə baxmayaraq sakit və şəffaf bir mühitdə keçirilməsi üçün zəruridir” yazıb Anna Fotiqa.

Eyni zamanda, Gürcüstanın Birinci Kanalı ilə söhbətində Almaniyalı deputat Mixael Qaler Avropa Parlamentinin monitorinq missiyasının rəhbəri olacağını söylədi.