Ankarada NATO üzvü ölkələrin liderlərinə qarşı keçirilən etiraz aksiyasında 100-dən çox şəxs saxlanılıb

14:39, 06.07.2026

Ankarada NATO sammiti başlamazdan əvvəl alyans üzvü ölkələrin liderlərinin toplanmasına qarşı etiraz aksiyası keçirilib və nəticədə 100-dən çox fəal saxlanılıb. Bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, aksiya Türkiyə Kommunist Partiyası (TKP) tərəfindən təşkil olunub.

“Reuters” yazır ki, etirazlar həm Ankarada, həm də İstanbulda keçirilib. Aksiya iştirakçıları Türkiyədə NATO sammitinin keçirilməsinə etiraz edib və alyansı “qatil” adlandırıblar.

Eyni zamanda, Ankarada hüquq-mühafizə orqanları nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib, İstanbulda keçirilən aksiya isə nisbətən daha sakit keçib.

Qeyd olunur ki, 7–8 iyul tarixlərində Ankarada NATO sammiti keçiriləcək və alyansın 32 üzv ölkəsinin liderləri iştirak edəcək. Türkiyə hökuməti təhlükəsizlik tədbirlərini gücləndirib, şəhərin bir çox hissəsində etirazları qadağan edib və barrikadalar qurub.

Oxşar