Ankarada kütləvi yığıncaqlar aprelin 1-dək qadağan edilib

17:22, 25.03.2025

 

Ankaranın qubernatorunun administrasiyası kütləvi aksiyaların, yığıncaq və mitinqlərin keçirilməsini martın 26-dan aprelin 1-dək qadağan edib.

Bu barədə yerli administrasiyanın bəyanatında deyilir.

“Qapalı və açıq yerlərdə kütləvi yığıncaqlar, nümayişlər, yürüşlər, mətbuat üçün bəyanatlar, oturaq tətillər, imzatoplama kampaniyaları, oxşar aksiyalar və tədbirlər, həmçinin flayerlərin yayılması və plakatların asılması martın 26-sı saat 00:00-dan aprelin 1-i saat 23:59-dək qadağandır” – qubernatorun bəyanatında deyilir.

Bundan əvvəl Ankara, İstanbul və İzmirdə hakimiyyət kütləvi yürüşləri məhdudlaşdırmışdı. Bu, Türkiyədə etiraz aksiyalarına səbəb olan İstanbulun meri Ekrem İmamoğlunun saxlanılması ilə bağlıdır. Aksiyaların bəziləri nümayişçilərin polislə toqquşması ilə başa çatıb.

Oxşar