Ankarada Azərbaycanın səfirliyi və İstanbulda Azərbaycanın konsulluğu qarşısında etiraz aksiyaları keçirilib

16:38, 14.10.2026

 

Ankarada Azərbaycanın səfirliyi və İstanbulda Azərbaycanın konsulluğu qarşısında etiraz aksiyaları keçirilib. Türk mediasının məlumatına əsasən, yüzlərlə nümayişçi Azərbaycan hökumətinin məktəblərdə hicabın qadağan edilməsini nəzərdə tutan qərarına etiraz edib.

“Hicab Allahın əmridir; onu qadağan etmək olmaz” – aksiya iştirakçıları şüarlar səsləndiriblər.

Bununla yanaşı, İstanbulda Azərbaycanın Baş Konsulluğu qarşısında keçirilən etiraz aksiyaları səbəbindən ciddi təhlükəsizlik tədbirləri görülüb.

Konsulluğun girişi polis avtomobilləri ilə bağlanıb.

Oxşar