Ankara yaxınlığında təyyarə qəzası nəticəsində səkkiz nəfər həlak olub, o cümlədən Liviya ordusunun komandanı Mohamed Ali Ahmed al-Hadad
Ankara yaxınlığında təyyarə qəzası nəticəsində səkkiz nəfər həlak olub, o cümlədən Liviya ordusunun komandanı Mohamed Ali Ahmed al-Hadad

 

Türkiyənin paytaxtı Ankara yaxınlığında təyyarə qəzası nəticəsində səkkiz nəfər həlak olub, o cümlədən ekipajın 3 üzvü. Bu haqda məlumatı “Reuters” yayır.

Liviya ordusunun komandanı Mohamed Ali Ahmed al-Hadad həlak olanlar arasındadır.

Liviyada üç günlük matəm elan edilib. Bu müddət ərzində bütün hökumət binalarında bayraqlar yarıya endiriləcək və bütün rəsmi tədbirlər dayandırılacaq.

Ankaradan Liviyanın paytaxtı Tripoliyə qayıdan “Falcon 50” təyyarəsi gecə Ankaradan təxminən 74 kilometr aralıda qəzaya uğrayıb. Təyyarə əlaqə itməzdən əvvəl təcili eniş tələb edib, bundan sonra isə əlaqə itib.

Axtarış-xilasetmə əməliyyatı bu vaxta qədər davam edir. Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın verdiyi məlumata əsasən, təyyarə ilə əlaqə Ankara Hava Limanından havaya qalxdıqdan təxminən 40 dəqiqə sonra kəsilib. Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Ankara Baş Prokurorluğunun hadisə ilə bağlı istintaqa başladığını bildirib.