Ankaliyada keçirilən festivalda narkotik cinayəti ilə bağlı Gürcüstan və İran vətəndaşları həbs edildilər
Qanmuxuri kəndində keçirilən elektron musiqi festivalında narkotik cinayəti ilə bağlı dörd nəfər həbs edildi, – bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.
İdarənin məlumatına görə, Sameqrelo-Zemo-Svaneti polis departamentinin və mərkəzi kriminal polis departamentinin əməkdaşları apardığı istintaq tədbirləri nəticəsində, narkotik maddələrinin qeyri-leqal şəkildə satılması faktı ilə bağlı iki İran və iki Gürcüstan vətəndaşlarını həbs etdilər.
Həbs edilən şəxslərin yoxlanışı zamanı üzərlərində müxtəlif narkotik vasitələri tapıldı.
İstintaq Cinayət Məccəlləsinin 260-cı maddəsinin birinci hissəsi ilə aparılır, hansı ki, narkotik vasitələrinin qeyri-qanuni şəkildə hazırlanması, saxlanması və satılmasını nəzərdə tutur.