Anjei Duda - Salome Zurabişvili rus təcavüzü ilə bağlı öz mövqeyini dəfələrlə açıq şəkildə sərgiləyib, buna görə çox minnətdaram
Anjei Duda - Salome Zurabişvili rus təcavüzü ilə bağlı öz mövqeyini dəfələrlə açıq şəkildə sərgiləyib, buna görə çox minnətdaram

 

Gürcüstan Prezidentinə cari hadisələr, rus təcavüzü ilə bağlı mövqe sərgilədiyinə görə təşəkkür etdim. Bu, rus təcavüzünün qurbanı olan ölkələr tərəfindən də xüsusilə vacibdir-bu barədə Polşa Prezidenti Anjei Duda Gürcüstan Prezidenti Salome Zurabişvili ilə birgə keçirdiyi brifinqdə açıqlayıb.

Polşa Prezidenti Rusiyanın Ukraynaya təcavüzünün davam etdiyi belə çətin bir dövrdə Salome Zurabişvilini qəbul etməyin onun üçün böyük şərəf olduğunu bildirib.

“Rusiyanın Ukraynaya təcavüzünün davam etdiyi bu çətin dövrdə və zamanda Salome Zurabişvilini qəbul etmək mənim üçün böyük şərəfdir. Təhlükəsizliyimizin risk altında olduğu yəqin ki, heç kimə sirr deyil. Ümumi Avropa təhlükəsizliyimiz təhlükə altındadır. Əlbəttə, Polşa ilə Gürcüstan arasındakı bizim üçün olduqca vacib olan ənənəvi və dostluq münasibətlərini də qeyd etmək lazımdır.

Gürcüstan Prezidentinə cari hadisələr, rus təcavüzü ilə bağlı mövqe sərgilədiyinə görə təşəkkür etdim. Bu, rus təcavüzünün qurbanı olan ölkələr tərəfindən də xüsusilə vacibdir. Belə bir mövqe sərgiləmək çox vacibdir və Salome Zurabişviliyə böyük ehtiramımı və hörmətimi ifadə etmək istəyirəm. O, Avropanın bizim tərəfimizdə yerləşən ölkənin prezidentidir və tarixən, coğrafi baxımdan rus təcavüzünün təkcə Ukrayna üçün deyil, həm də Polşa və Gürcüstan üçün böyük təhlükələrini dərk edir. Bundan irəli gələrək, Salome Zurabişviliyə öz mövqeyini açıq şəkildə dəfələrcə sərgilədiyinə görə olduqca minnətdaram” – deyə Anjei Duda açıqlayıb.

O, polyakların Gürcüstana böyük hörmət bəslədiklərini bildirib.

“Gürcüstanın öz ərazisini necə müdafiə etdiyini xatırlayırıq. Prezidentimiz Lex Kaçinski 2008-ci ildə Gürcüstana gedərək açıq mövqe sərgilədi, Gürcüstana dəstək aksiyasında iştirak etdi. Onun bu aksiyadakı bəyanatı peyğəmbərlərə xas idi. O dedi ki, “bu gün Gürcüstan, sabah Ukrayna, daha sonra Baltikyanı ölkələr və bu aqressiv tarixdə Polşaya da növbə gələcək”. Prezident Lex Kaçinski artıq o zaman demişdi ki, əgər Rusiyanın Gürcüstana təcavüzünü dayandırmasaq, bu təcavüz daha geniş miqyas alacaq və beynəlxalq ictimaiyyət bu təcavüzə müqavimət göstərməsə, daha geniş miqyasları əhatə edəcək”- deyə Anjei Duda açıqlayıb.

Bundan əlavə, Polşa Prezidenti Ukraynaya göstərilən dəstək və köməyə görə Gürcüstan Prezidentinə təşəkkür edib.

“Gürcüstan Prezidentinə təşəkkür etmək istərdim, o, həmçinin Ukraynaya Gürcüstandan, eləcə də bizim tərəfimizdən göstərilən humanitar yardım məsələsində iştirak edir. Biz Ukraynaya hərbi yardım da daxil olmaqla hər cür yardım göstəririk, çünki indi Ukraynanın özünü rus təcavüzündən müdafiə etməsi labüddür.

Son bir neçə saat ərzində Ukraynaya qarşı irimiqyaslı hücumlar hələ də davam edir. Ukrayna ərazisində partlayış faktları qeydə alınır. Gördüyünüz kimi, Ukrayna müqavimət göstərir. Rusiya Ukrayna ərazisini tərk etməlidir, Rusiya bu müharibəni dayandırmalıdır. Biz bilirik ki, azad, müstəqil dövlətlər Ukraynanı dəstəkləyir. Ümid edirik ki, Rusiya tezliklə məğlub olacaq və təkcə Ukraynada deyil, digər ölkələrdə də zəbt etdiyi əraziləri geri qaytaracaq. Bu, Gürcüstanın işğal olunmuş ərazilərinə də şamil olunacaq”- deyə Anjei Duda açıqlayıb.