Ancei Duda - Prezident Zurabişvili ilə Gürcüstandakı mövcud vəziyyətlə bağlı danışdım, gürcü xalqının vahid Avropaya doğru irəliləmək üçün toxunulmaz hüququ var
Ancei Duda - Prezident Zurabişvili ilə Gürcüstandakı mövcud vəziyyətlə bağlı danışdım, gürcü xalqının vahid Avropaya doğru irəliləmək üçün toxunulmaz hüququ var

 

Prezident Zurabişvili ilə Gürcüstandakı mövcud vəziyyətlə bağlı danışdım, xanım prezidenti onun liderliyinə və gürcü xalqının Avropa istəklərinə olan qəti dəstəyimə əmin etdim – bu haqda Polşanın Prezidenti Ancei Duda sosial şəbəkədə yazır.

O, gürcü xalqının vahid Avropaya doğru irəliləmək üçün toxunulmaz hüququnun olduğunu deyib.

“Prezident Zurabişvili ilə Gürcüstandakı mövcud vəziyyətlə bağlı danışdım. Xanım prezidenti onun liderliyinə və gürcü xalqının Avropa istəklərinə olan qəti dəstəyimə əmin etdim. Gürcü xalqının vahid Avropaya doğru irəliləmək üçün toxunulmaz hüququ var. ATƏT-in tövsiyələrinə uyğun olaraq yeni seçkilər indiki böhrandan çıxış yoludur” – Duda yazır.