Ancei Duda - Karol Navrotskini seçkilərdə qələbə qazanması münasibətilə təbrik edirəm, bu, Polşa üçün çətin, ağrılı, lakin inanılmaz dərəcədə cəsur mübarizə idi
Polşanın indiki prezidenti Ancei Duda Karol Navrotskini prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
Duda Polşa vətəndaşlarına vətəndaşlıq borcunu yerinə yetirdiklərinə və “Polşa qarşısında məsuliyyət götürdüklərinə” görə təşəkkür edib.
“Bir daha yeni seçilmiş prezident Karol Navrotskini seçkilərdə qələbə qazanması münasibətilə təbrik edirəm. Bu, Polşa üçün çətin, ağrılı, lakin inanılmaz dərəcədə cəsur mübarizə idi. Kampaniyanın son dəqiqəsinə qədər bu qəhrəmancasına mübarizəyə görə təşəkkür edirəm” – Duda yazır.
Polşanın prezident seçkilərinin ikinci turunda Karol Navrotski qalib gəlib. Navrotski 50.9 faiz səs toplayıb.