Anjei Duda - Gürcüstanın çox da uzaq olmayan gələcəkdə status alacağına, Avropa İttifaqının tamhüquqlu üzvü olacağına, eləcə də NATO-ya daxil olacağına ümid edirik, Polşa Gürcüstanın bu istəklərini dəstəkləyəcək
Anjei Duda - Gürcüstanın çox da uzaq olmayan gələcəkdə status alacağına, Avropa İttifaqının tamhüquqlu üzvü olacağına, eləcə də NATO-ya daxil olacağına ümid edirik, Polşa Gürcüstanın bu istəklərini dəstəkləyəcək

 
Polşa Respublikasının Prezidenti Anjei Duda Polşanın Gürcüstanın Avropa və Avro-Atlantik istəklərini dəstəklədiyini bildirib.

Anjei Dudanın Gürcüstan Prezidenti Salome Zurabişvili ilə birgə keçirdiyi brifinqdə dediyi kimi, Avropa İttifaqı və NATO-ya daxil olmaq Gürcüstanı iqtisadi inkişaf və siyasi təhlükəsizlik üçün daha yaxşı şəraitlə təmin edəcək.

“Mən Polşa Prezidenti olaraq ölkəmin Gürcüstanın Avropa və Şimali Atlantika istəklərinə sarsılmaz dəstəyini xanım Prezidentə bir daha təsdiqlədim. Gürcüstanın çox da uzaq olmayan gələcəkdə status alacağına, Avropa İttifaqının tamhüquqlu üzvü olacağına, eləcə də NATO-ya daxil olacağına ümid edirik. Polşa Gürcüstanın bu istəklərini hər zaman dəstəkləyib və yenə də dəstəkləyəcək. Bu, ümumi təhlükəsizliyimizin məsələsidir. Avropa İttifaqına və NATO-ya üzv olmaq Gürcüstana iqtisadi inkişaf və siyasi təhlükəsizlik əldə etmək üçün daha yaxşı şərait yaradacaq. Mən bir daha xanım prezidentə gəldiyinə görə təşəkkür etmək istəyirəm” – deyə Anjei Duda açıqlayıb.