Ancei Duda – Donald Tusk və onun adamları dövlətin konstitusiya orqanına hücum edən quldur olduqlarını sübut etdilər, belə “avropalılardır”
Polşanın sabiq prezidenti Ancei Dudanın bəyanatına əsasən, Polşa Konstitusiya Tribunalı yaxınlığında inkişaf edən hadisələr baş nazir Donald Tusk və onun komandasının “quldur olduğunu” və dövlətin konstitusiya orqanına “amansız hücum” həyata keçirdiyini göstərir.
Duda, onların qanun və demokratik prinsiplər əvəzinə dəyənəklərdən istifadə etdiklərinin bildirib.
“Bizə borc yükləyən və iqtisadi cəhətdən acınacaqlı dərəcədə bacarıqsız olan baş nazir Donald Tusk və onun adamları bu gün dövlətin konstitusiya orqanına amansız hücum edən quldur olduqlarını sübut etdilər. Qanun və demokratik prinsiplərə uyğun olaraq necə qələbə qazanacaqlarını bilmirlər, buna görə də dəyənəyə əl atırlar. belə “avropalılardır”” – Ancei Duda yazır.
Məlumat üçün bildirək ki, Polşada böhran Konstitusiya Tribunalı üzərində nəzarəti ələ keçirmək uğrunda mübarizə ilə bağlıdır. Qarşıdurma Tribunalın ən uzun stajlı hakimi Ana Korvin-Piotroskanın, əvvəlki hakimiyyətin — “Qanun və Ədalət” partiyasının idarəçiliyi dövründə təyin olunmuş Tribunal sədri Boqdan Şveçkovski və onun müavini Bartlomey Soxanskini bir ay müddətinə vəzifədən kənarlaşdırması və bu yeniliyi qurumun veb-saytında dərc etməsindən sonra kəskinləşib.
Polşa Konstitusiya Tribunalının binasına gələn Prezident Karol Navrotskinin kortejinin qarşısını hüquq-mühafizə orqanlarının əməkdaşları kəsiblər. Polis prezidenti, müxalif “Qanun və Ədalət” partiyasının nümayəndələrini Konstitusiya Tribunalının binasına buraxmamağa çalışıb. Polis ilə nümayişçilər arasında da toqquşma olub. Yekunda Navrotski məhkəmə binasına daxil ola bilib.
Bununla yanaşı, Polşa Konstitusiya Tribunalı yaxınlığında inkişaf edən hadisələr səbəbilə Karol Navrotski parlament nümayəndələri ilə təcili məsləhətləşmələr çağırır.