Anita Hiper – Ukrayna seçkiləri nə vaxt keçirəcəyinə öz konstitusiyası və hüquqi çərçivəsi əsasında, müvafiq demokratik standartlara əməl etməklə müstəqil şəkildə qərar verməlidir
Ukrayna seçkiləri nə vaxt keçirəcəyinə öz konstitusiyası və hüquqi çərçivəsi əsasında, müvafiq demokratik standartlara əməl etməklə müstəqil şəkildə qərar verməlidir – bu barədə Avropa Komissiyasının xarici işlər və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Anita Hiper Ukrayna mediasına açıqlayıb.
O bildirib ki, Avropa İttifaqı bütün seçki prosesi boyunca Ukraynaya dəstək verməyə, xüsusilə də müvafiq demokratik standartlara və tələblərə əməl olunmasını təmin etməyə hazırdır.
“Seçkilərlə bağlı hüquqi çərçivəsinə tam əməl etməklə onları nə vaxt keçirəcəyinə məhz Ukrayna özü qərar verməlidir. Konstitusiya çərçivəsi mövcuddur və bunu edib-etməmək Ukraynanın özündən asılıdır” – o, bildirib.
Məlumat üçün bildirək ki, avqustun 19-da Ukraynanın sabiq müdafiə naziri Mixaylo Fedorov Ukraynada seçkilərin keçirilməsi çağırışı ilə çıxış edib. Fedorovun sözlərinə əsasən, Ukrayna hətta uzanan müharibə şəraitində belə tamdəyərli demokratik prosesin bərpasına imkan verəcək qanuni, təhlükəsiz və real mexanizm tapmalıdır.