Anita Hiper – Rusiya təcavüzkar reputasiyasına sahibdir, təcavüzün real dayandırılmasını görməliyik, Moskva həqiqətən istəsə, müharibəni dərhal dayandıra bilər

11:29, 20.04.2025

 

Moskva həqiqətən istəsə, müharibəni dərhal dayandıra bilər – Avropa İttifaqının xarici siyasət idarəsinin mətbuat katibi Anita Hiper, Vladimer Putin tərəfindən elan edilmiş “Pasxa atəşkəsi”nə belə münasibət bildirib.

“Rusiya təcavüzkar reputasiyasına sahibdir, bu səbəbdən, ilk növbədə təcavüzün real dayandırılmasını və davamlı atəşkəs üçün aydın hərəkətləri görməliyik” – Anita Hiper bildirib.

Bununla yanaşı, Avropa İttifaqının xarici siyasət idarəsinin mətbuat katibi qeyd edib ki, artıq bir aydan çoxdur ki, Ukrayna atəşkəsin şərtsiz dayandırılması ilə razılaşıb.

“Rusiya həqiqətən bunu etmək istəsə, istənilən an bu müharibəni dayandıra bilər. Biz uzunmüddətli, ədalətli və hərtərəfli sülh üçün Ukraynaya dəstəyi davam etdiririk” – Anita Hiper bildirib.

Oxşar