Anita Abgaryanın Uşaq Avroviziya final şousundakı təsirli çıxışı
Anita Abgaryanın Uşaq Avroviziya final şousundakı təsirli çıxışı

2025-ci il Uşaq Avroviziya Mahnı Müsabiqəsinin final şousunda tamaşaçılar qarşısında Gürcüstanın təmsilçisi Anita Abgaryan on beşinci nömrə ilə çıxış edib.

Gürcüstanın təmsilçisi müsabiqə mahnısı — “Shine like a star”ı ifa edib.

Mahnının musiqisini Giga Kuxianidze yazıb. Mətn üzərində onunla birlikdə “Candy” qrupunun üzvlərindən biri olan Mariam Qvaladze çalışıb (2011-ci ildə “Candy” qrupu Gürcüstana Uşaq Avroviziyada qələbə qazandırmışdı). Müsabiqə mahnısının videoçarxı üzərində Birinci Kanal işləyib. Videonun rejissoru Temur Kvirkvelia, kostyumun müəllifi isə İza Nadareişvilidir.

2025-ci il Uşaq Avroviziya Mahnı Müsabiqəsində Avropanın 18 ölkəsi iştirak edib.

Gürcüstan Uşaq Avroviziya Mahnı Müsabiqəsinin tarixində ən uğurlu ölkədir və müsabiqəni dörd dəfə qazanıb. Gürcüstan müsabiqəyə ikinci dəfə ev sahibliyi edir — bu dəfə 2024-cü il Uşaq Avroviziyasında Andria Futkaradzenin qələbəsindən sonra.