Ani Tsitlidze - "Temu"dan yazılmış Çin "kotsi"lər Almaniyaya qaçan liderləri ilə birlikdə rejimin üzünü yumaq qərarı qəbul etdilər, çox yaxşı prosesdir, bütün əclafların sifətini göstərir
“Milli Hərəkat”ın üzvü Ani Tsitlidze “Qaxaria Gürcüstan Naminə” partiyasının parlamentə daxil olmaq haqda qərarına münasibət bildirir.
“Temu”dan yazılmış Çin “kotsi”lər Almaniyaya qaçan liderləri ilə birlikdə rejimin üzünü yumaq və dırnaqarası parlamentə daxil olmaq qərarını qəbul ediblər. Onlar “kotsi”lər ilə eyni şəkildə yuyulmalı və “kotsi”lər ilə eyni şəkildə qəbul edilməlidir. Dırnaqarası parlamentə daxil olmağın onları xilas edəcəyini və Bidzinanın sistemli müxalifət rolunu oynayacaqlarını düşünən maaşa tamah salmış qullar. Əslində bu çox yaxşı prosesdir. Bütün əclafların sifətini göstərir” – Ani Tsitlidze yazır.
“Qaxaria Gürcüstan Naminə” partiyası parlamentə daxil olmaq qərarını qəbul edib. “Qaxaria Gürcüstan Naminə” partiyasının siyasi şurasının üzvü Qiorqi Şaraşidze brifinqdə bildirib ki, parlament və şəhər məclislərinin tribunasından istifadə edilməməsi, təkcə səhv deyil, həm də ölkə və xalq qarşısında cinayətdir.