Angela Merkel və Martin Şults koalisiya hökumətinin razılığına yenə gələ bilmədilər
Angela Merkel və Martin Şults koalisiya hökumətinin razılığına yenə gələ bilmədilər. Onlar arasında koalisiyanın yaradılmasının son müddəti fevralın 4-ü bəyan edilmişdi. Partiyalar yenə də əmək və səhiyyə məsələləri üzrə razılığa gələ bilmirlər.
Partiya liderlərinin bəyan etdiyinə görə, danışıqlıqlarda bir çox məsələ üzrə irəliləyişə nail oldular və məsləhətləşmələr davam edir. Tərəflər razılaşdılar ki, 2021-ci ilə qədər sosial təminatlara 2 milyard avro xərclənəcək.
Seçkilərin keçirilməsindən 4 ay sonra Almaniya hökumətin formalaşmasına nail ola bilmir. Bu isə Aİ-nin partnyorları və sərmayədarların narahatlığına səbəb olur.