Angela Merkel və Emmanuel Makron gələn həftənin əvvəlində Almaniyada bir-biri ilə görüşəcəklər
Almaniya kansleri, Angela Merkel və Fransa prezidenti Emmanuel Makron gələn həftənin əvvəlində Almaniyada bir-biri ilə görüşəcəklər. Məlumatı “BBC” yayır.
Yayılan versiyaya görə, Almaniya kansleri və Fransa prezidentinin əsas müzakirə mövzusu Avropa iqtisadiyyatının bərpası planı olacaq.
Liderlər “COVID-19” pandemiyası və virus ilə əməl gələn beynəlxalq problemlər barəsində söhbət edəcəklər.