Angela Merkel - məhdudiyyətləri yumuşaltmaq qərarıyla, artıq nail olduğumuz nəticələri itirməyimiz mümkündür
Almaniya kansleri, Angela Merkel Bundestaqda koronavirus pandemiyası barəsində söhbət edərkən əhali və Parlamenti maksimal intizama çağırdı. Angela Merkelin qeyd etdiyinə görə, normal həyata tezliklə dönməyi ölkə yalnız bu bür bacaracaq.
Nitqlə çıxış edərkən ölkə kansleri məhdudiyyətlərin aradan qaldırılması məsələsinə də toxundu və bəyan etdi ki, federal hökumətlərin qərarlarını dəstəkləyir, lakin onların həyata keçirilməsi forması Merkel üçün narahatdoğurucudur.
Almaniya kanslerinin dediyinə görə, məhdudiyyətləri yumuşaltmaq qərarıyla, artıq nail olunan nəticələrin itirilməsi mümkündür.