Anqela Merkel hesab edir ki, Avropa dünyada ən güclü qitə olmaq kimi uzunmüddətli məqsədinə çatmaqdan hələ də çox uzaqdır
Anqela Merkel hesab edir ki, Avropa dünyada ən güclü qitə olmaq kimi uzunmüddətli məqsədinə çatmaqdan hələ də çox uzaqdır

 

Almaniyanın sabiq kansleri Anqela Merkel hesab edir ki, Avropa dünyada ən güclü qitə olmaq kimi uzunmüddətli məqsədinə çatmaqdan hələ də çox uzaqdır.

Avropa Parlamentində “Avropa qarşısında xidmətlərinə görə“ ordenini təqdimetmə mərasimində çıxış edən Merkel bildirib ki, Avropa İttifaqı vətəndaşlarına verilən rifah vədinin yerinə yetirilməsi çətindir və yenidən səy göstərilməsini tələb edir.

Merkel Avropa İttifaqı liderlərinin 2000-ci ildə Lissabondakı hədəfini xatırladıb: “Avropa elm və biliyə əsaslanan qitəyə çevrilmək istəyirdi”.

“Əgər Lissabonda hökumət başçılarının Avropanın dünyada ən güclü və elmə əsaslanan qitə olması gərəkdiyini bəyan etdiyi 2000-ci ilə qayıtsaq, bu məqsəddən çox uzağıq və bu vədə yaxınlaşmaq üçün görüləsi çox iş var” – Anqela Merkel bildirib.

Merkel həmçinin qeyd edib ki, iqtisadi uğur hələ də daha geniş Avropa məqsədləri üçün vacibdir. Merkel bildirib ki, demokratik sistemlər, xüsusən də dezinformasiyanın sürətlə yayıla və ictimai müzakirələri təhrif edə biləcəyi sosial media platformaları səbəbindən təzyiq altındadır.